Bakıda müəllim turşudan zəhərlənərək öldü

23 Noyabr 2022 14:30

Bakıda müəllim zəhərlənmədən dünyasını dəyişib.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə müəllimin işlədiyi Məktəb Lisey Kompleksi məlumat yayıb.

Bildirilib ki, 1982-ci il təvəllüdlü Şəfəq Əliyeva pomidor turşusundan zəhərlənib.
Səhhəti pisləşən müəllim xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, bir neçə gün sonra Ş.Əliyeva dünyasını dəyişib.
 
Mərhum ailəli olub, iki övladı var.

Milli.Az