DÇ-2022: Daha bir gözlənilməz nəticə - FOTO

23 Noyabr 2022 15:55

15:55

Qətərdə keçirilən DÇ-2022 davam edir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, mundialın dördüncü gününə start verilib.

Günün ilk matçı F qrupunda baş tutub. Son dünya çempionatının finalçısı Xorvatiya Mərakeşlə qarşılaşıb.

Zlatko Daliçin yetirmələri görüşün favoriti sayılsa da, afrikalıların müqavimətini qıra bilməyib. Beləliklə, vitse-çempion mundiala xal itkisi ilə start verib. Bununla da Qətər-2022-də üçüncü qolsuz heç-heçə qeydə alınıb.

Qeyd edək ki, F qrupunda turun digər görüşündə Belçika və Kanada qarşılaşacaq. Rusiya-2018-in bürünc mükafatçısının şimali amerikalılarla dueli Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2022, qrup mərhələsi
23 noyabr, I tur
F qrupu
14:00. Mərakeş - Xorvatiya - 0:0

---------

14:00

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək.

Milli.Az matc.az-a istinadən bildirir ki, günün ilk matçı F qrupunda olacaq. Xorvatiya millisi Mərakeşi sınağa çəkəcək.

Bu qrupun digər matçında Belçika yığması Kanada ilə münasibətlərinə aydınlıq gətirəcək.

E qrupunda Almaniya seçməsi Yaponiya, İspaniya isə Kosta Rika ilə üz-üzə gələcək.

Dünya çempionatı
23 noyabr

F qrupu

Mərakeş - Xorvatiya 0:0 (1-ci hissə)
Baş hakim: Fernando Rapallini (Argentina).
"Əl-Bayt" stadionu.

Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 6. Romen Saiss (k), 5. Nayef Aquerd, 3. Nussair Mazraui, 15. Selim Amallah, 4. Sofyan Amrabat, 8. Umai Azzedin, 7. Hakim Ziyeş, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri.
Xorvatiya: 1. Dominik Livakoviç, 22. Yosip Yuranoviç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 19. Borna Sosa, 11. Marselo Brozoviç, 10. Luka Modriç (k), 8. Mateo Kovaçiç, 13. Nikola Vlaşiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç.

23:00. Belçika - Kanada
Baş hakim: Canni Sikazve (Zambiya).
"Əhməd Bin Əli" stadionu.

E qrupu

17:00. Almaniya - Yaponiya
Baş hakim: İvan Barton (Salvador).
"Xəlifə" stadionu.

20:00. İspaniya - Kosta Rika
Baş hakim: Məhəmməd Abdulla Məhəmməd (Birləşmiş Ərəb Əmirlikləri).
"Al Tumama" stadionu.

Milli.Az