""Ocaq" beynəlxalq kubokunda mükafatlar qazanmağı arzu edirəm"

23 Noyabr 2022 14:01

Noyabrın 25-27-də Bakıda keçiriləcək 1-ci "Ocaq" beynəlxalq kubokunda mükafatlar qazanmağı arzu edirəm.

Bunu bu gün Trend-ə "Ocaq Sport" klubunun yetirməsi, gənc gimnast Güllüzar Şərifova deyib.

Qeyd edək ki, noyabrın 19-20-də Tbilisidə keçirilən "II New Look Cup" beynəlxalq turnirində Güllüzar Şərifova üç mükafat - halqa ilə hərəkətlərə görə "qızıl", çoxnövçülük və alətsiz hərəkətlərdə iki "bürünc" mükafat qazanıb.

"Beş ildir bədii gimnastika ilə məşğulam, bir neçə yarışda, o cümlədən Gürcüstanda keçirilən "II New Look Cup" beynəlxalq turnirində iştirak etmişəm. Şadam ki, yaxşı çıxış etdim və qızıl da daxil olmaqla üç mükafat qazandım", - deyə o bildirib.

Gimnast əlavə edib ki, 1-ci "Ocaq" beynəlxalq kuboku yarışlarını səbirsizliklə gözləyir.

Milli.Az