Bu yolda hərəkət məhdudlaşdırılacaq

23 Noyabr 2022 13:55

"Baksol" yolunda hərəkət məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, 24 noyabr saat 10:00-dan 26 noyabr saat 22:00-dək Bakı şəhəri, Binəqədi rayonu, "Baksol" yolunun təmir işləri icra olunan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Milli.Az