Bakıda bədii gimnastika üzrə 1-ci "Ocaq" beynəlxalq kuboku iştirakçılarının yoxlama məşqi keçirilir

23 Noyabr 2022 13:32

Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 1-ci "Ocaq" beynəlxalq kuboku ərəfəsində yoxlama məşqi keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yarış noyabrın 25-27-də keçiriləcək.

13 ölkənin nümayəndəsi "Ocaq" idman klubunun ilk beynəlxalq tədbrində qüvvələrini sınayacaq.

Yarışlarda 2007-2016-cı il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətlərdə iştirak edəcək.

Beynəlxalq kubokda iştirak edəcək "Ocaq Sport" klubunun yetirmələrinin yoxlama məşqindən fotoreportajı oxuculara təqdim edirik.

Milli.Az