"Qadınlarla xoşbəxt ola bilmirdim"

23 Noyabr 2022 19:30

Türkiyəli tanınmış modelyer Cəmil İpekçi şok etiraf edib.

Milli.Az azxəbər-ə istinadən xəbər verir ki, "Haber Bahane" proqramının qonağı olan modelyer Cəmil İpekçi biseksual həyat sürdüyünü etiraf edib. Hər kəsin onun homoseksual olduğunu düşündüyünü bildirib.
 
O, illər əvvəlki evliliklərindən danışaraq, iki dəfə evləndiyini qeyd edib:
 
"İki dəfə evləndim. 17 və 21 yaşım var idi. 17 yaşımda olan imam toyu idi, çox gənc idim. Digəri isə belçikalı idi".
 
Kalaycıoğlunun "Heç qadınla birlikdə olmusan?" sualına cavab verən İpekçi, hər kəsin onu gey olduğunu düşündüyünü qeyd edib:
 
"Çox qadınla birlikdə olmuşam. Hər kəs məni gey olaraq görür, amma mən deyiləm. Həm kişilərlə, həm də qadınlarla birlikdə olmuşam. Biseksual yaşayıram. Sevdiyim anlar olub və çox xoşbəxt idim o anlarda. Qadınlarla xoşbəxt ola bilmirdim. Qadınlar məni çox yorur".

Milli.Az