İstanbulda zəlzələnin baş vermə anı - VİDEO

23 Noyabr 2022 10:40

Türkiyənin Düzcə vilayətində baş verən 5,9 bal gücündə zəlzələ İstanbulda da hiss edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sarsıntını hiss edən istanbullular qorxu içində küçələrə çıxıblar. Həmin anlar görüntülərdə öz əksini tapıb.

Xatırladaq ki, çərşənbə günü səhər İstanbul yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Düzce vilayətində, ocağı isə 6,8 km dərinlikdə yerləşib. Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın "Twitter" hesabında verdiyi məlumata görə, Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində 32 nəfər yaralanıb. Zəlzələ bir çox şəhərlədə hiss olunub. Hazırkı məlumat görə, yaralıların sayı Düzcədə 32, İstanbulda 1, Zonquldakda 1, Boluda 1 olmaqla ümumilikdə 35 nəfərdir.

Mili.Az