“Aşıq Zülfiyyə ilə yol getdim, həyatıma nifrət etdim” - VİDEO

23 Noyabr 2022 11:12

"Avtomobillə oynamaq olmaz. Rayona gedendə sürücü radarın olmadığını bilib, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edəndə deyirəm "sürəti azalt". Ümumiyyətlə sürətlə avtomobil idarə edənləri sevmirəm. Bir dəfə Zülfiyyə xanımla (aşıq Zülfiyyə İbadova - red.) yol getmişəm, həyatıma nifrət eləmişəm". 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki,  bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu "Günün sədası" verilişində deyib. 

Sənətçi bildirib ki, aşıq Zülfiyyə İbadova ilə rayona toya gedəndə, avtomobili olduqca yüksək sürətlə idarə etdiyindən, həyacan keçirərək, qorxub.

"Zülfiyyə xanım avtomobili olduqca yüksək sürətlə sürür. 200 sürətlə sürürdü. Onda da biz toya gecikmişdik. Avtomibil "mən ölüm, sən ölüm"ə baxmır. Bir saniyə içində hər şey olur. Nəqliyyat vasitəsini bir az aşağı sürətlə sürmək lazımdır. O gedişlə bu gedişin arasında 10 dəqiqə vaxt var" - deyə Manaf vurğulayıb.

Milli.Az