Belluççinin 18 yaşlı qızı gözəlliyi ilə heyran etdi - FOTO

23 Noyabr 2022 10:24

Monika Belluççinin qızı Deva Kassel ilk dəfə Fransanın "Vogue" jurnalı üçün poza verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, model çəkilişdən olan görüntüləri sosial şəbəkələrin abunəçiləri ilə paylaşıb.

18 yaşlı Kassel gələn qışın əsas tendensiyaları haqqında məqalənin qəhrəmanı olub. İstedadlı model çəkilişdən bir neçə kadr paylaşaraq abunəçilərə cari qış görünüşünü nümayiş etdirib. Birinci fotoda Deva italyan dəb evi "Missoni"nin üslubunda üfüqi çoxrəngli zolaqlı trikotaj paltarda, ikincidə isə dekolteli kiçik qara paltarda və hündür dəri çəkmələrdə poza verib.

Qeyd edək ki, gənc modelin atası məşhur fransız aktyor Vinsant Kasseldir.

Milli.Az