“Louis Vuitton” 48 saat ərzində bu fotodan milyonlar qazandı

23 Noyabr 2022 13:12

"Launchmetrics" marketinq platformasının məlumatına görə, "Louis Vuitton" Dəb Evi 48 saat ərzində internetdən təxminən 13,5 milyon dollar qazana bilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu, futbol ulduzları Kriştianu Ronaldu və Lionel Messinin birgə fotosu sayəsində mümkün olub.

Futbolçuların "Louis Vuitton" çamadanında şahmat oynayarkən Enni Leybovits tərəfindən çəkilən fotosu sosial şəbəkələrdə yayılıb. İki gün ərzində o, 55 min dəfədən çox dərc edilib və ümumilikdə 65 milyona yaxın bəyənmə toplayıb ki, bu da "Instagram" platforması tarixində ən yüksək göstəricidir.

Milli.Az