Səudiyyəli futbolçunun qapıçısı ilə toqquşması nəticəsində çənəsi sınıb

23 Noyabr 2022 08:54

Səudiyyə Ərəbistanı millisinin müdafiəçisi Yasir əl-Şəhraninin çənəsi və bir neçə üz sümükləri sınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Gulf Today" qəzeti məlumat yayıb.

O, ötən gün dünya çempionatı çərçivəsində oynanılan Argentina komanadası ilə matçda zədələnib.

Yasir əl-Şəhrani komanda yoldaşı, qapıçı Məhəmməd əl-Ovays ilə toqquşub.

Meydançada huşunu itirən futbolçu Səudiyyə Ərəbistanı rəhbərliyinin göstərişi ilə müalicə olunması üçün şəxsi təyyarə ilə Almaniyaya aparılıb.

Oyun Səudiyyə Ərəbistanının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az