Bakıda motosikletçini avtomobil vurub

23 Noyabr 2022 08:40

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, 1996-cı il təvəllüdlü Əsədov Elkin Şahin oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az