Bakıda qonaq şadlıq evinin ikinci mərtəbəsindən yıxılıb

23 Noyabr 2022 08:15

Bakının Nizami rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə "Romance Palace" şadlıq evindən baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Umudov Rasim Bəhruz oğlu ikinci mərtəbədə məhəccərə söykənib.

Bu zaman məhəccər qırılıb və R.Umudov yerə yıxılıb.

Nəticədə o, ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az