Bakıda bədbəxt hadisə

23 Noyabr 2022 08:02

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə metronun Koroğlu stansiyasının yaxınlığında baş verib.

Belə ki, şosenin piyada üçün müəyyən edilməyən hissəsindən yolun əks tərəfinə keçmək istəyən 1976-ci il təvəllüdlü Quliyev Maarif Fəxrəddin oğlunu minik avtomobili vurub.

Yaralı sağ ayaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az