Türkiyənin Düzce rayonunda baş verən güclü zəlzələ İstanbul və Ankarada da hiss edilib

23 Noyabr 2022 07:35

Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində 5,9 bal gücündə zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca tvitter hesabında paylaşım edib.

Zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib.

Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.

Milli.Az