Yeniyetmə ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

23 Noyabr 2022 07:28

Kürdəmir rayonunda yeniyetmə ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

Milli.Az "report"a istinadən bildirir ki, rayonun Kəngərli kəndində ikinci mərtəbədən yıxılan 2009-cu il təvəllüdlü Sadıqlı Nuray Eldəniz qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az