Putin İrəvana səfər edəcək

23 Noyabr 2022 07:21

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında iştirak etmək üçün çərşənbə günü İrəvana səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Kremlin mətbuat xidmətinin bir müddət əvvəl verdiyi məlumata görə, İrəvanda təşkilatda əməkdaşlığın əsas istiqamətləri, aktual beynəlxalq və regional problemlər nəzərdən keçiriləcək.

Milli.Az