Ailə üzvləri tərəfindən döyülən şəxs xəstəxanada ölüb

23 Noyabr 2022 07:14

Noyabrın 22-də saat 19 radələrində Gədəbəy rayonu Düzyurd kənd sakini 1959-cu il təvəllüdlü Vaqif Cəfərovun xəstəxanada ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin regional qrupundan Milli.Az-a bildirilib ki, araşdırmalarla ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olan şəxsin ailə üzvləri tərəfindən döyülməsi ilə bağlı şübhələr müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Milli.Az