"Bu vəsaitlər yaxın həftələrdə verilməyə başlayacaq"

23 Noyabr 2022 07:00

ABŞ Ukraynaya 4,5 milyard dollarlıq yeni maliyyə paketi təqdim edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

"Bu gün Birləşmiş Ştatlar əlavə 4,5 milyard dollarlıq birbaşa büdcə dəstəyi qrantlarını səfərbər edib. Bu vəsaitlər yaxın həftələrdə verilməyə başlayacaq", - deyə C.Yellen bildirib.

Milli.Az