Həyat yoldaşını bıçaqladı, döyüb xəstəxanalıq etdilər

22 Noyabr 2022 23:24

Gədəbəydə 1963-cü il təvəllüdlü Mehri Cəfərovanı bıçaqlamaqda şübhəli bilinən şəxs döyülərək xəstəxanalıq olub.

Milli.Az "Report"a istinadən bildirir ki, Düzyurd kəndində həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən 1959-cu il təvəllüdlü Vaqif Valeh oğlu Cəfərov naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, V.Cəfərov həyat yoldaşı, 1963-cü il təvəllüdlü M.Cəfərovanı boynundan bıçaqlayaraq ona xəsarət yetirməkdə şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az