PKK Türkiyəyə 3 raket atdı

22 Noyabr 2022 23:23

YPG/PKK terrorçularının Suriyanın şimalından atdığı 3 raket Türkiyə ərazisinə düşüb.

Raketlər Kilis bölgəsinin Öncüpınar Sərhəd Qapısı ərazisinə düşüb.

Raketlərin boş əraziyə düşdüyü bildirilib.

Hücum nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.

Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Milli.Az