Dünya çempionatlarında antirekord

22 Noyabr 2022 22:52

Polşa millisi dünya çempionatlarında antirekorda imza atıb.

Qol.az "Opta"ya istinadən xəbər verir ki, bu, DÇ-2022-nin ilk turunda keçirilən Polşa - Meksika matçında qeydə alınıb.

Robert Levandovski 58-ci dəqiqədə Polşanı hesabda önə keçirmək şansı qazansa da, penaltini dəqiq yerinə yetirə bilməyib. Meksika millisinin qapıçısı Gilyermo Oçoa penaltini dəf edib.

Bununla da Polşa millisi mundiallar tarixində ardıcıl 3 dəfə penaltini qola çevirə bilməyən ilk komanda olub. Levandovskidən əvvəl 1972-ci ildə Kazimej Deyna, 2002-ci ildə isə Maçey Juravski pelatini qaçırıb.

Milli.Az