Ukrayna 1886 şəhər və kəndi azad etdi

22 Noyabr 2022 22:13

Ukraynada bu günə qədər 1886 yaşayış məntəqəsi işğaldan azad olunub.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko deyib.

O bildirib ki, azad edilən sahələrdən 1620-də humanitar qərargahlar fəaliyyətə başlayıb.

Timoşenko azad edilən şəhər və kəndlərdə dövlət qurumları və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin bərpasının davam etdirildiyini söyləyib.

Milli.Az