61 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

22 Noyabr 2022 22:12

Sabirabadda 61 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

Milli.Az Report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü İsmayılov Səfər Əli oğlu hamamda çimərkən dəm qazından zəhərlənib. O, Sabirabad Rayon Xəstəxanasına çatdırılsa da, artıq gec olub. S.İsmayılov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az