Gənclərin saçı niyə tez ağarır? - ƏSAS SƏBƏB

22 Noyabr 2022 21:22

Harvard universitetinin alimləri stresin saç tükləri piqmentasiyasına təsirini araşdırıb.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, saçların ağarmasının birbaşa sinir sistemi və stress faktoru ilə əlaqəli olduğu sübut olunub.

"Siz toxumalarınızın stress altında nə qədər dəyişdiyini bilsəniz, özünüzü stresdən qoruyarsız.
Stress zamanı kök hüceyrələrin aşırı aktivləşməsi baş verir, noradrenalin artır, bu zaman bütün kök hüceyrələri piqment hasil edən hüceyrələrə çevrilərək, piqment ehtiyatını vaxtından əvvəl tükədir.

Cəmi bir neçə günə bərpaedici kök hüceyrələr itirilir. Onları çox itirdikdə, saçlar ağarır və bu prosesi daha heç nə ilə bərpa edə bilməyəcəksiz".

Eyni zamanda alimlər bildirib ki, neyronlar kök hüceyrələri və onların molekulyar səviyyədə funksiyalarını bərpa edə bilər.

Bunu elmi araşdırma ilə araşdırıb, stresin saçlara təsirini dəyişmək və prosesi bloklamaq olar.

Milli.Az