Çexiya Rusiya vətəndaşlarına viza rejimi tətbiq edib

22 Noyabr 2022 21:12

Çexiya Rusiya vətəndaşlarına hava limanlarından tranzit keçmək üçün viza almaq öhdəliyi qoyub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.

Noyabrın 21-dən ruslar üçün viza almaq öhdəliyi tətbiq edilib.

Bu tələb Şengen vizası sahiblərinə şamil edilmir.

Milli.Az