"Bəxt üzüyü"ndəki avtomobil şəxsi kolleksiyada saxlanılır

22 Noyabr 2022 19:15

Mərhum Xalq artisti Rafael Dadaşovun "Bəxt üzüyü" filmində idarə etdiyi avtomobil hələ də saxlanılır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda aktyorun müğənni qızı Səidə Dadaşova "Səhər mərkəzi" proqramında deyib. 

"Bəxt üzüyü"ndəki "Mercedes" markalı avtomobil bir şəxs tərəfindən alınaraq saxlanılır. Eyni formada qalıb, heç nəyi dəyişmirlər. Gözəl bir insan əldə edib və toxunmur ki, Rafael Dadaşov idarə edib. Həmin maşınla gözəl layihə həyata keçirəcəyik" deyə, ifaçı söyləyib.

Qeyd edək ki, "Bəxt üzüyü" 1991-ci ildə lentə alınıb.

Milli.Az