Qızı Arif Quliyevdən danışıb ağladı - VİDEO

22 Noyabr 2022 20:52

Mərhum Xalq artisti Arif Quliyevin qızı Günel "Səhər mərkəzi" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Günel atasının gizli hobbisindən danışıb.

"Atam təsbeh düzəldirdi. Səhər saat 5-ə kimi oturub onları yığırdı. Bəlkə 600-ə yaxın təsbehi var. Atam çox sərt idi. O, evə gələndə, hərəmiz bir yana qaçırdıq".

Arif Quliyevlə bağlı süjeti izləyən Günel göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Arif Quliyev ötən ilin mayında koronavirus infeksiyasından dünyasını dəyişib.

Milli.Az