Kartla ödəniş edənlərə şad xəbər

22 Noyabr 2022 16:56

Azərbaycanda gələn il üçün nağdsız əməliyyatlara görə geri qaytarılan ƏDV-nin 15 faizdən 20 faizə qaldırılması təklif edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, belə bir təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov çıxış edib.

O qeyd edib ki, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması nəzərdə tutulur.

"Biz nağd ödənişlərə görə geri qaytarılan məbləği 5 faiz azaldırıq, nağdsız əməliyyatlara görə, vəsaiti 2,5 faiz artırıq. Yaxşı olardı ki, nağdsız əməliyyatlara görə nəzərdə tutulan vəsaiti də 5 faiz, yəni 15 faizdən 20%-ə artıraq. Bu halda biz plastik kartlardan istifadəni daha çox stimullaşdıra bilərik", - deyə o əlavə edib.

Milli.Az