"Dərnəgül" və "Koroğlu" arasında 3 yeni stansiya inşa olunacaq

22 Noyabr 2022 15:55

Bakı metropoliteni Yaşıl xətt üzrə "Dərnəgül" stansiyasından "Koroğlu" stansiyasına qədər tikiləcək 3 yeni stansiyanın layihə-smeta sənədlərinin hazırlanmasını başa çatdırıb.

Bu barədə bu gün Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, xətt üzrə bütün sənədləşmə işləri hazırdır: "Tikinti barədə tapşırıq verilən kimi dərhal işlərə başlanacaq. Hazırda tikintiyə başlamaq üçün lazım olan bütün şərait var. Metropolitenin tikintiyə başlamaq üçün kifayət qədər texniki və zehni potensialı mövcuddur", - Baş mühəndis deyib.

Milli.Az