Qayda pozmayan sürücülərə cərimə protokolları gəlib - VİDEO

22 Noyabr 2022 16:31

Yol hərəkəti qaydalarını pozmayan sürücüyə cərimə protokolu gəlib.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hadisə Ağdam sakini Ramin Rasimoğlunun başına gəlib.

O deyib ki, avtomobillərin dövlət qeydiyyat nişanları oxşar olduğundan cərimələrin ünvanı səhv salınıb.

Ramin Rasimoğlu qeyd edib ki, ona yazılan cərimələri bir dəfə ödəyib. Lakin sonradan cərimə yazılan avtomobilin ona məxsus olmadığını öyrənib.

Bənzər hadisə ilə Tovuz rayon sakini Ramin Hüseynov da qarşılaşıb. Bu hadisədə də aldadıcı məqam avtomobillərin dövlət nömrə nişanlarının oxşarlığı olub. Ancaq Ramin Hüseynov avtomobilin ona məxsus olmadığını dərhal anlayıb.

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, Ağdam sakininin müraciəti hazırda araşdırılır.

Tovuz rayon sakininin üzləşdiyi problem isə artıq həll edilib. Texniki səhv nəticəsində onun adına yazılan cərimə silinib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az