“Dünya çempionatını kənardan izləmək çox çətindir”

22 Noyabr 2022 17:20

İtaliya millisinin qapıçısı Canluici Donnarumma DÇ-2022 haqqında danışıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, PSJ-nin üzvü DÇ-2022 barədə bunları deyib:

"Dünya çempionatını kənardan izləmək çox çətindir. Buna hələ də kədərlənirik. İndi ağlamağın mənası yoxdur".
 
Daha sonra qapıçı, İtaliya millisinin hazırki durumunu şərh edib:
 
"Neqativ enerjini müsbətə çevirməliyik. Əminəm ki, biz bunu edəcəyik. Çünki gənc oyunçulardan ibarət böyük komandamız, bu vəziyyətdən çıxmağı bacaracaq məşqçimiz var".
 
İtaliya millisi pley-off mərhələsində Şimali Makedoniyaya məğlub olaraq (0:1), DÇ-2022-dən kənarda qalıb.

Milli.Az