Beyl 64 illik həsrətə son qoydu

22 Noyabr 2022 14:43

Qətərdə keçirilən dünya çempionatındakı ilk oyun Uels yığmasının kapitanı Qaret Beyl üçün əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ulduz futbolçu ABŞ-la görüşdə komandasına 1 xalı qazandıran qola imza atmaqla (1:1) 64 illik həsrətə son qoyub.

Beyl Uels yığmasının 1958-ci ildən bəri mundiallarda ilk qolunun müəllifi olub. Ona qədər sonuncu dəfə DÇ-1958-də Macarıstanla qarşılaşmada Terri Meduin fərqlənmişdi.

Qeyd edək ki, Uels B qrupunda növbəti oyununu noyabrın 25-də İrana qarşı keçirəcək.

Milli.Az