Qətərdə keçirilən dünya çempionatında İngiltərə yığması ilə görüşdə zədələnən İran millisinin qapıçısı Əlirza Beyrənvandın durumuna aydınlıq gəlib.
Milli.Az matç.az-a istinadən bildirir ki, 30 yaşlı qolkiper mundialdakı digər matçları buraxacaq.
Komanda yoldaşı ilə toqquşan Beyrənvand matçdan sonra beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Meydanı xərəkdə tərk edən oyunçu 19-cu dəqiqədə Hüseyn Hüseyni ilə əvəzlənib.
B qrupu çərçivəsində baş tutan bu qarşılaşmada İran yığması İngiltərəyə 2:6 hesabıyla uduzub.
Milli.Az