İlon Mask il ərzində 100 milyard dollardan çox vəsait itirib

22 Noyabr 2022 14:54

Dünyanın ən zəngin şəxsi olan İlon Mask 2022-ci il ərzində 100 milyard dollardan çox vəsait itirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün "Bloomberg" agentliyi yazır.

Qeyd olunur ki, il ərzində "Tesla" və "SpaceX" şirkətlərinin rəhbərinin sərvəti 101 milyard dollar azalıb.

Bununla belə, o, 170 milyard dollar sərvətlə dünyanın ən zəngin şəxs olmaqda davam edir.

İkinci yerdə 157 milyard dollar vəsaitlə LVMH brendinin sahibi Bernar Arno yer alır.

Üçüncü yerdə 130 milyard dollar vəsaitlə hindistanlı iş adamı Qautam Adani qərarlaşıb. O, son bir ildə 53 milyard dollar vəsait əldə edib. Bir müddət dünyanın ən zəngin şəxsi olmuş Ceff Bezos (Amazon) isə il ərzində 76 milyard dollar itirərək 116 milyard sərvətlə dördüncü pilləyə geriləyib.

Milli.Az