“Vaqner” həkimləri yarım milyona cəbhəyə göndərir

22 Noyabr 2022 13:26

Yevgeni Priqojinin "Vaqner" özəl hərbi şirkəti Ukraynada hərbi əməliyyatlar zonasında işləmək üçün həkim və tibb bacıları yığır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Moskva Tayms" məlumat yayıb.

"Vaqner" həkimləri yığmaqda davam edir. 30-50 yaş arasında anestezioloq, cərrah, travmatoloq, əməliyyat tibb bacısı, tibbi avadanlıqlar üzrə texnik, sanitar, feldşer, "C" kateqoriyalı sürücülər tələb olunur. Aylıq maaş isə 250-500 min rubl arasındadır", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiyada tibb işçilərinin orta aylıq əmək haqqı 51.5 min rubldur.

Milli.Az