Xalq artistindən ailəsi ilə bağlı PAYLAŞIM - FOTO

22 Noyabr 2022 12:53

Xalq artisti Əzizə Mustafazadə ailəsi ilə bağlı paylaşım edib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, pianoçu sosial şəbəkə hesabında atası Vaqif Mustafazadə, anası Elza xanım və nənəsi Zivər xanımın əks olunduğu arxiv fotolarını izləyiciləri ilə bölüşüb.

Ə.Mustafazadə nənəsi ilə birgə çəkilən şəkilinə "Nənəm Zivər xanım. Sənin üçün çox darıxıram" şərhini yazıb.

Qeyd edək ki, Almaniyada yaşayan Ə.Mustafazadə ötən ayın sonunda Bakıda canlı solo konsert proqramı ilə çıxış edib. Xalq artisti paytaxtda olduğu zaman atası mərhum cazmen Vaqif Mustafazadənin ev muzeyini və məzarını ziyarət edib.

Milli.Az