Tokayev yenidən Prezident seçildi - YEKUN NƏTİCƏ

22 Noyabr 2022 10:19

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən növbədənkənar prezident seçkilərinin yekun nəticəsini açıqlayıb.

Milli.Az "TASS"a istinadən xəbər verir ki, Kasım-Jomart Tokayev səslərin 81,31%-ni toplayaraq yenidən ölkənin Prezidenti seçilib.

"Beləliklə, dünən açıqlanan ilkin nəticələr təsdiq olunub", - deyə Qazaxıstan MSK-nın rəhbəri Nurlan Abdirov qeyd edib. 

Məlumata görə, Tokayevin andiçmə mərasimi noyabrın 26-sı baş tutacaq.

Qeyd edək ki, Tokayev 2019-cu ildə keçirilən seçkilərdə səslərin 70,96%-ni toplamışdı. 

Milli.Az