Məşhur aparıcıda xərçəng aşkarlandı

22 Noyabr 2022 09:18

Məşhur türkiyəli aparıcı-prodüser Armağan Çağlayan xərçəng xəstəliyinə tutulub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Çağlayan sosial şəbəkədə məlumat verib:

"Sizinlə şəxsi bir məsələni bölüşmək istəyirəm. Yaxın günlərdə həkim müayinəsindən keçərkən ağciyərimdə problem aşkarlandı və xərçəng olduğum üzə çıxdı. Gələn həftənin sonundan müalicəyə başlayacam".

Milli.Az