Müəllimin kimya dərsində təcrübəsi partlayışla nəticələndi: 12 yaralı - VİDEO - FOTO

22 Noyabr 2022 18:48

Avstraliyada kimya dərsində elmi təcrübə zamanı partlayış olub. Nəticədə 12 nəfər xəsarət alıb. Onlardan 11-i uşaqdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Sidneydə baş verib.

Uşaqlar tibb müəssisəsinə yerləşdiriliblər, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Həkimlər zərərçəkmişlərə döş qəfəsinin, üz və ayaq nahiyəsinin yanığı diaqnozu qoyub. Müəllim səthi yanıq xəsarətləri alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

Milli.Az