Dünyanın ən böyük və ən bahalı yaxtası tikilir - FOTO

22 Noyabr 2022 19:41

İtaliyanın memarlıq şirkəti dünyanın ən böyük və ən bahalı yaxtasını inşa edir. Tikintisi 2033-cü ildə başa çatacaq yaxta dünyadakı ən böyük üzən platforma olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Pangea" adını alacaq yaxta nəhəng tısbağa şəklində inşa ediləcək. Onun içərisində alış-veriş mərkəzləri, restoranlar, plazalar, evlər və s. məkanlar olacaq. Yaxtanın hazırlanması 8 milyard dollara başa gələcək.

Gəminin uzunluğu 550 metr, genişliyi isə 610 metr təşkil edəcək. Yaxta Suədiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Abdulla limanında tikiləcək.

Milli.Az