Bezos və sevgilisi ilk dəfə birgə müsahibə verərək həyatlarından danışdılar

22 Noyabr 2022 18:03

"Amazon"un qurucusu Ceff Bezos və sevgilisi Lauren Sançez ilk birgə müsahibələrini verərək şəxsi həyatlarından danışıblar.

"Biz həqiqətən əla komanda yoldaşlarıyıq və birlikdə çox əylənirik. Bir-birimizi sevirik. Həmişə bir-birimizə baxırıq və bir komandayıq", - deyə Sançes bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bezos əlavə edib: "Bir-birimizə enerji veririk, hörmət edirik. Buna görə də, birlikdə işləmək bizim üçün əyləncəlidir".

Cütlük həftə sonlarını necə keçirdiklərindən də danışıb. Onların şənbə axşamları film izləmək və uşaqlarla şam yeməyindən ibarətdir.

"Bir az darıxdırıcı ola bilərik. Deyərdim ki, bu normaldır. Uşaqlarla şam edirik. Bu, həmişə əyləncəlidir, söhbətimiz əla alınır. Yeddi nəfərik, ona görə də danışacaq mövzularımız var. Sonra məsləhətləşib seçdiyimiz filmə baxırıq. Film tapmağa vaxtımız çox gedir", - Sançes bildirib.

Milli.Az