Yeni seçilmiş prezident əməliyyat olundu - FOTO

22 Noyabr 2022 17:54

Braziliyanın yeni seçilmiş prezidenti Lula de Silva bazar günü Sirio Libanes xəstəxanasına yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, qırtlaq xərçəngindən əziyyət çəkən Silva səs telindəki leykoplakiyanı çıxarmaq üçün larinqoskopiya olunub.

"Prosedur zamanı yeni törəmə aşkar edilməyib", - deyə prezidentin nümayəndəsi bildirib.

Onun artıq evə buraxıldığı vurğulanır.

Qeyd edək ki, Lula hələ seçki kampaniyası zamanı səsinin boğulmasından şikayətlənirdi.

Milli.Az