Yəmənin cənubunda husilər limana hücum edib

22 Noyabr 2022 08:58

Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatı milanmış pilotsuz uçuş aparatlarının köməyi ilə ölkənin cənubundakı Hədramaut vilayətində yerləşən Əd-Dəbbə limanına hücum edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Yəmənin hava hücumundan müdafiə sistemləri husilər tərəfindən dəniz limanına atılan bir neçə pilotsuz uçan aparatı dəf edərək vurub. Uçuş aparatlarından biri neft platformasına düşüb, maddi ziyan dəyib.

Milli.Az