Qətərdə külli miqdarda narkotik müsadirə olunub

22 Noyabr 2022 08:08

Qətər gömrükçüləri Futbol üzrə Dünya Çempionatına gələn turistdən külli miqdarda narkotik vasitə götürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, çempionat vaxtı ələ keçirilən ən böyük narkotik partiyasıdır.

Doha aeroportuna gələn sərnişindən 500 qram həşiş və 2000 ədəd tramadol preparatı götürülüb. Onun hansı ölkədən gəldiyi açıqlanmır.

Milli.Az