Malidə Fransadan maliyyələşən QHT-lər qadağan edilib

22 Noyabr 2022 09:00

Mali hökuməti Fransadan maliyyələşən bütün QHT-lərin ölkə daxilində fəaliyyətini qadağan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu qayda istisnasız olaraq Fransanın maliyyələşdirdiyi və ya dəstək verdiyi bütün QHT-lərə şamil edilir.

Qərarı baş nazir, polkovnik Abdulaye Maiqa elan edib. Hökumət başçısı qeyd edib ki, bu, rəsmi Parisin Malinin inkişafı ilə bağlı yardımı dayandırmasına cavabdır.

Milli.Az