Rusiya ərzaq böhranı problemində Qərbi günahlandırdı

22 Noyabr 2022 08:10

Rusiya prezidenti Vladimir Putin qida problemi olan ölkələrə yardım edəcəklərini açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Putin bunu videokonfrans vasitəsilə Rusiyanın kənd təsərrüfatı sektoru ilə bağlı rəsmilərlə görüşü zamanı deyib.

O bildirib ki, ərzaq böhranının yaranmasında qərb günahkar mövqedədir:

"Bəzi qərb ölkələrinin avantürist və qeyri-peşəkar siyasətləri nəticəsində qida çatışmazlığı yaşayan ölkələrə kömək edir və buna davam edəcəyik".

Milli.Az