Selçuk İnan Superliqa klubunun baş məşqçisi oldu

22 Noyabr 2022 08:23

Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisini Selçuk İnan çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

37 yaşlı keçmiş yarımmüdafiəçi imzalanan müqavilənin detalları açıqlanmayıb. O, bu gün ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Selçuk İnan 2011-2020-ci illərdə "Qalatasaray"da oynayıb. Türkiyə millisinin sabiq üzvü 2020-ci ilin yayından 2022-ci ilin yayına kimi "sarı-qırmızılar"ın baş məşqçisi Fatih Terimin köməkçisi vəzifəsində çalışıb.

Milli.Az