Azərbaycan kubokunda yeni mövsümə start

22 Noyabr 2022 08:03

Bu gün Azərbaycan kubokunda 2022/23 mövsümünə start veriləcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bir oyundan ibarət olan 1/8 final mərhələsi çərçivəsində üç matç baş tutacaq.

Günün ən maraqlı görüşü Şamaxıda keçiriləcək. Şəhərin eyniadlı komandası Premyer Liqa klublarının duelində "Turan Tovuz"la görüşəcək.

Digər iki qarşılaşmada elita təmsilçiləri I divizion klublarını sınağa çəkəcək. "Səbail" MOİK-in qonağı olacaqsa, "Qəbələ" "Araz Naxçıvan"ı qəbul edəcək.

Qeyd edək ki, 1/8 finala sabah keçiriləcək üç görüşlə yekun vurulacaq.

Azərbaycan kuboku
1/8 final mərhələsi
22 noyabr (çərşənbə axşamı)
14:00. MOİK - "Səbail"

Baş hakim: Əli Əliyev
Binə qəsəbə stadionu

14:00. "Şamaxı" - "Turan Tovuz"
Baş hakim: Vüqar Həsənli
Şamaxı şəhər stadionu

15:00. "Qəbələ" - "Araz Naxçıvan"
Baş hakim: Kamranbəy Rəhimov
Qəbələ şəhər stadionu

Milli.Az