Rühəngiz Musəvinin pərt etdiyi Əkbər: "Ondan heyifimi belə çıxdım"

22 Noyabr 2022 08:40

Əməkdar artist Əkbər Əlizadə onu pərt edən müğənni, Əməkdar artist Rühəngiz Musəvidən söz açıb.  

Milli.Az bizim.media-ya istinadən bildirir ki, aparıcı-aktyor qonaq olduğu "7 canlı" axşam şousunda illər əvvəl müğənninin qarşı tərəfi başqa adla səhnəyə çağırmasının heyifini aldığını söyləyib.

"Ən acığıma gələn məsələ Əkbər yerinə Ələkbər deyəsən. Ələkbər gözəl addır. Görmüşük ki, adı qısaldarlar. Mənim adımı isə nədənsə, uzadıb, çox zaman Ələkbər deyirlər.

Bir dəfə Rühəngiz Musəvi çıxdı səhnəyə adımın Əkbər olduğunu bilə-bilə mənə "Çox sağol, təşəkkür edirəm. Gözəl aparıcımız Ələkbər", dedi. İlan ilindənəm, kinliliyim var. Yadımda saxladım. Rühəngiz Musəvi ifasını təqdim edib, səhnədən enəndən sonra söylədim ki, "Təşəkkür edirəm. Qarşınızda Firəngiz Musəvi idi"", - deyə Əkbər bildirib. 

Milli.Az